Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinə fasilə verilib

Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinə fasilə verilib
# 25 aprel 2022 11:05 (UTC +04:00)

Mart ayında yeni raundu keçirilməli olan Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinə BMT, Avropa İttifaqı və ATƏT-in təşəbbüsü ilə fasilə verilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

"Cenevrə müzakirələrinə gəlincə, bu formatda iş dayandırılıb. Bu, bizim seçimimiz deyil, bu işdə təşəbbüs həmsədrlərin (BMT, Aİ və ATƏT) "üçlüyünə" məxsusdur. Martın sonunda 56-cı raundu keçiriləsi planlaşdırılan onların qərarı ilə qeyri-müəyyən müddətə təxirə salınıb”, - deyə rusiyalı diplomat vurğulayıb.

Onun sözlərinə görə, müzakirələrin bu iştirakçıları faktiki olaraq ən mühüm danışıqlar formatını “girov götürüblər", hansı ki, həmin danışıqlar sayəsində regionda təhlükəsizlik və sabitliyin qəbul olunan səviyyədə saxlanılması mümkün olub:

"Ona görə də, onlar danışıqların pozulmasına görə tam məsuliyyət daşıyırlar. Həmçinin Avropa İttifaqı və İsveçrənin Rusiyaya qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərlə bağlı yaranan logistik çətinliklər də var. Avropa İttifaqı Cenevrə müzakirələrinin həmsədrlərindən biridir, İsveçrə isə öz ərazisində bu formata ev sahibliyi edən ölkədir".

Diplomat əlavə edib ki, Qərb “tərəfdaşlarının” qeyri-dost və siyasiləşmiş addımları Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işinə kömək etmir və bu, regionda qeyri-müəyyənliyə gətirib çıxara bilər.

Qeyd edək ki, Gürcüstan, Cənubi Osetiya və Abxaziya arasında münasibətlərə dair Cenevrə müzakirələri 2008-ci ildən aparılır. Müzakirələrim həmsədrləri Rusiya və ABŞ-ın iştirakı ilə BMT, Aİ və ATƏT-dir. Müzakirələr həm də diplomatik münasibətlərin olmadığı Rusiya ilə Gürcüstan arasında dialoq platforması rollarından biri kimi çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR