Cərrahi əməliyyatdan çıxmış Braziliya prezidenti vaxtından əvvəl işə başlayacaq

Cərrahi əməliyyatdan çıxmış Braziliya prezidenti vaxtından əvvəl işə başlayacaq
# 17 sentyabr 2019 06:38 (UTC +04:00)


“Yeni cərrahi əməliyyatdan çıxmış prezident Jair Bolsonaru sentyabrın 17-də vəzifəsinə başlayacaq".

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Braziliya liderinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısının sözçüsü Otaviu Requ Barrus bildirib ki, əvvəl güman edilirdi ki, prezident Braziliyaya qayıtdıqdan sonra o, həkimlərin nəzarəti altında pəhriz və xüsusi rejimə riayət edəcək.
Lakin tibbi arayışda onun işə başlaması üçün ciddi bir maneənin olmadığı göstərilib.

Qeyd edək ki, Bolsonaru keçən ilin sentyabrın seçki kampaniyası zamanı bıçaq yarası almışdı. O, bu səbəbdən 4 dəfə əməliyyat keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR