CNN: Çin şirkətləri sanksiyalara baxmayaraq, ötən il Rusiya ilə əlaqələri davam etdirib

Çin - Rusiya

© APA | Çin - Rusiya

# 10 mart 2023 14:58 (UTC +04:00)

Çin müdafiə sənayesi şirkətləri sanksiyalara baxmayaraq ötən il Rusiya ilə əlaqələri davam etdirib.

APA xəbər verir ki, bu barədə CNN televiziya kanalı gömrük sənədlərinə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, Rusiyanın Ukraynadakı müharibədə Çindən gələn yüklərdəki ləvazimatlardan istifadə etməsi ilə bağlı heç bir sübut yoxdur.

Həmçinin əlavə olunub ki, 2013-cü ildən indiyə qədər sanksiya altında olan Çin şirkəti sanksiyalara məruz qalan Rusiyadakı digər şirkətə xeyli yük göndərib. Bu yüklərə helikopter üçün hissələr və raketlər üçün radio avadanlıqlar daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR