Co Bayden Vladimir Putinlə “uzun söhbətə” ümid edir

Co Bayden

© APA | Co Bayden

# 04 dekabr 2021 08:17 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden Ukrayna məsələsində heç bir qırmızı xəttə hörmət etmədiyini bildirib.

APA-nın “Ria Novosti”yə istinadla xəbərinə görə, dövlət başçısı bunu Vaşinqtondan Merilend ştatına yola düşməzdən əvvəl deyib.
Dövlət başçısı Rusiyanın NATO-nun Ukrayna ərazisində infrastruktur qurması və Rusiya sərhədlərinə yaxınlaşması ilə bağlı xəbərdarlığına da münasibət bildirib: “Mən heç bir qırmızı xətt tanımıram", deyə Bayden vurğulayıb.
ABŞ rəhbəri, həmçinin rusiyalı həmkarı ilə “uzun söhbətə” ümid etdiyini bildirib: “Biz Rusiyanın hərəkətləri barədə çoxdan məlumatlıyıq. Ümid edirəm Putinlə uzun söhbətimiz olacaq.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR