Dağıstanın keçmiş rəhbəri vəfat edib

Dağıstanın keçmiş rəhbəri vəfat edib
# 04 dekabr 2022 23:29 (UTC +04:00)

Dağıstan Dövlət Şurasının keçmiş sədri Maqomedali Maqomedov 92 yaşında vəfat edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Dağıstanın hazırkı rəhbəri Sergey Melikov "Telegram" kanalında məlumat verib.

"Dağıstan Respublikası Dövlət Şurasının fəxri sədri, Dağıstanın və Rusiyanın əsl vətənpərvər, müdrik insanı, Maqomedali Maqomedoviç Maqomedov dünyasını dəyişib", - deyə Melikov bildirib.

Qeyd edək ki, Maqomedali Maqomedoviç Maqomedov 1930-cu il iyunun 15-də Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Levaşi kəndində anadan olub.

1979-cu ildən respublika hökumətində, əvvəlcə Dağıstan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) Nazirlər Soveti sədrinin müavini, 1983-cü ilin may ayından Nazirlər Sovetinin sədri vəzifələrində çalışıb.

1987-ci ildə Dağıstan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri, 1994-cü ildə isə Dağıstan Dövlət Şurasına sədr seçilib.

2006-cı ildə prezident Vladimir Putinlə görüşdən sonra o, vaxtından əvvəl istefa verdiyini elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR