Dağıstanın Xəzər dənizi sahilində 4,9 bal gücündə zəlzələ olub

Dağıstanın Xəzər dənizi sahilində 4,9 bal gücündə zəlzələ olub
# 21 yanvar 2022 21:24 (UTC +04:00)

Dağıstanın Xəzər dənizi sahilində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə idarəsi məlumat yayıb.

Saat 19.08-də baş verən yeraltı təkanlar Kaspiysk şəhərində hiss edilib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR