Daha 200 ABŞ vətəndaşının Rusiyaya girişi qadağan olunub

Daha 200 ABŞ vətəndaşının Rusiyaya girişi qadağan olunub
# 11 noyabr 2022 20:48 (UTC +04:00)

Rusiya 200 ABŞ vətəndaşına sanksiya tətbiq edib.

APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, 200 ABŞ vətəndaşının Rusiya ərazisinə girişi qadağan olunub.

"Co Bayden Administrasiyası tərəfindən təkcə Rusiya rəsmilərinə, işgüzar dairələrin və ictimaiyyətin nümayəndələrinə, mədəniyyət xadimlərinə deyil, həm də bu və ya digər səbəbdən Vaşinqtona etiraz edənlərə qarşı mütəmadi olaraq tətbiq edilən bütün yeni şəxsi sanksiyalara cavab olaraq, qarşılıqlılıq əsasında, 200 ABŞ vətəndaşının Rusiya Federasiyasına girişinə qadağa qoyulub. Onların arasında hakimiyyət və qanunverici orqanların ayrı-ayrı nümayəndələri, habelə onların yaxın qohumları, hərbi-sənaye kompleksinin şirkət və müəssisələrinin rəhbərləri, Kiyevdə rusofob kampaniyanın təbliğində və rejimə dəstəkdə iştirak edən ekspertlər və lobbiçilər var", deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.

Rusiya XİN “stop siyahısı”na daxil edilən 200 ABŞ vətəndaşının adlarını da dərc edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR