Dərbənddə çağırışçılar komissarlığa səsgücləndiricililərlə çağırılır - VİDEO

Dərbənddə çağırışçılar komissarlığa səsgücləndiricililərlə çağırılır - VİDEO
# 29 sentyabr 2022 15:30 (UTC +04:00)

Dərbənddə kişiləri təcili hərbi komissarlığa çağırmaq üçün küçələrə səsgücləndiricili avtomobil çıxarılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, yayılan videokadrlardan görünür ki, səsgücləndiricilərlə təchiz olunmuş avtomobil bütün kişilərin təcili hərbi komissarlığa gəlməsi tələbini səsləndirib.

Dərbənd şəhərinin administrasiyası səsgücləndiricidən elan olunan mətnin düzgün olmadığını etiraf edib və buna görə də yayımın hələlik ləğv edildiyini bildirib.

“Bəli, bildiriş hərbi komissarlığın müraciəti əsasında mülki müdafiə və qəza nəzarəti maşınları vasitəsilə verilir. Bu, əlbəttə ki, bütün kişilərin səfərbər olması demək deyil. Yerdə çağırış vərəqələri verilməli olan kişiləri tapmaq çətin olduğu üçün bu, kişilər üçün hərbi komissarlığa dəvətdir. Biz başa düşürük ki, ifadə tamamilə düzgün olmaya bilər, ona görə də indi bu bildirişi ləğv etmişik və mətni dəyişdirməyi planlaşdırırıq"-deyə Dərbənd Administrasiyasından bildirilib.

© APA | Dərbənd

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR