Dərbəndin keçmiş rəhbəri 9 il həbs cəzası alıb

Dərbəndin keçmiş rəhbəri 9 il həbs cəzası alıb
# 04 oktyabr 2022 01:01 (UTC +04:00)

Moskvanın Preobrajenski Məhkəməsi Dağıstanın Dərbənd rayonunun keçmiş rəhbəri Maqomed Celilovu mənimsəmədə təqsirli bilib, onu 9 il müddətinə azadlıqdan məhrum edib.

APA-nın məlumatına görə, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

“Bu, ikinci hökmdür. Bu işdə Cəlilova bu ilin 4 mart tarixli cəzası əlavə edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Nəhayət, o, bir il dövlət vəzifəsindən məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilib”,- deyə agentlik bildirib.

Bundan əlavə, məhkəmə zərərçəkmiş tərəfin 500 min rubldan çox məbləğdə mülki iddiasını təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR