Dnestryanıda radio yayım mərkəzi partladılıb

Dnestryanıda radio yayım mərkəzi partladılıb
# 26 aprel 2022 11:25 (UTC +04:00)

Moldovanın separatçı şərq bölgəsi olan Dnestryanıda regional radio yayım mərkəzində partlayış olub.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə tanınmamış separtaçı bölgənin "Daxili İşlər Nazirliyi" məlumat yayıb.

Bildirilib ki, aprelin 26-da səhər tezdən Qriqoriopol rayonunun Mayak kəndində iki partlayış baş verib. Birinci partlayış saat 06:40-da, ikinci partlayış isə saat 07:05-də qeydə alınıb və nəticədə Rusiya radio proqramlarını təkrar yayımlayan iki radio antenna məhv edilib.

Sakinlərdən xəsarət alan olmayıb.

Sosial şəbəkələrdə məhv edilmiş radio qüllələrin əks olunduğu təsdiqlənməmiş şəkil yayımlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR