Dövlət Departamenti: ABŞ Rusiya ilə danışıqlara deyil, Kiyevə hərbi dəstəyə yönəlib

ABŞ Dövlət Departamenti

© APA | ABŞ Dövlət Departamenti

# 13 may 2022 20:30 (UTC +04:00)

Vaşinqton administrasiyası indiki mərhələdə Rusiya Federasiyası ilə danışıqlara deyil, Ukraynaya hərbi dəstəyə yönəlib.

APA xəbər verir ki, bunu cümə günü xüsusi brifinqdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib.

“Biz diplomatiyanın bu münaqişəyə son qoyacağına tam əminik. Lakin Rusiya danışıqlara hazır olmadığını göstərdi. Biz ukraynalı tərəfdaşlarımızla müntəzəm olaraq danışırıqlar aparırıq. Bu gün biz Ukraynanın döyüş meydanındakı mövqeyini gücləndirməyə yönəlmişik ki, vaxtı gələndə danışıqlar masasında mümkün qədər çox təsirə malik olsun”,- deyə Karen Donfrid bildirib.

O bildirib ki, ölkəsi müharibənin mümkün qədər tez bitməsini istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR