Duma Rusiya və Ukrayna arasında növbəti müqaviləni denonsasiya edib

Duma Rusiya və Ukrayna arasında növbəti müqaviləni denonsasiya edib
# 01 iyun 2023 14:08 (UTC +04:00)

Rusiya Dövlət Duması Rusiya və Ukrayna arasında Azov dənizi və Kerç boğazından istifadə sahəsində əməkdaşlığa dair müqaviləni denonsasiya edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə qərar Dumanın bu gün keçirilən plenar iclasında verilib.

Müvafiq qanunun izahat hissəsində Ukrayna bu akvatoriyalara münasibətdə sahilyanı dövlət statusunu itirdiyi bildirib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi zamanı Ukrayna Azov dənizinə və müvafiq olaraq Kerç boğazına çıxışı itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR