Dumanın deputatları sabah Putinlə Kremldə keçiriləcək tədbirə dəvət olunub

Dumanın deputatları sabah Putinlə Kremldə keçiriləcək tədbirə dəvət olunub
# 29 sentyabr 2022 13:04 (UTC +04:00)

Rusiya Dövlət Dumasının deputatlarına sabah Kremldə tədbirə dəvət göndərilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, tədbirin saat Moskva vaxtı ilə 15:00-da başlayacağı və Prezident Vladimir Putinin iştirakı ilə keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Ukraynanın separatçı bölgələrində keçirilən “referendumlar”ın nəticəsi elan olunduqdan sonra həmin regionların başçıları artıq Moskvaya gəliblər. Sabah onların və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsinin rəsmən elan olunacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR