Dumanın komitə sədri Latın Amerikasında hərbi bazaların yerləşdirilməsini lüzumsuz sayır

Dumanın komitə sədri Latın Amerikasında hərbi bazaların yerləşdirilməsini lüzumsuz sayır
# 18 yanvar 2022 13:51 (UTC +04:00)

Rusiyada hipersəsli “Zirkon” raketlərinin olması hərbi infrastrukturun xüsusən Latın Amerikasında yerləşdirilməsini lüzumsuz edir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib.

“Hipersəs kimi müasir silahların varsa, artıq Kuba və Venesuelada Rusiya hərbi bazalarının yerləşdirilməsinə ehtiyac yoxdur, çünki Atlantik okeanında şərti bir nöqtədə olan “Zirkon” raketləri ilə silahlanmış gəmi istənilən tapşırığı yerinə yetirməyə və dərhal oranı tərk etməyə kifayət qədər qadirdir. Bu, yerüstü və ya sualtı ola bilər”, - deyə o, “Solovyov.Live” proqramının efirində vurğulayıb.

Kartapolovun fikrincə, baza bir tərəfdən özlüyündə təhlükə daşıyan, həm də özü həssas olan “daşınmaz obyekt”dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR