Əfqanıstan ərazisindən Özbəkistana raket atılıb

Əfqanıstan ərazisindən Özbəkistana raket atılıb
# 05 iyul 2022 23:25 (UTC +04:00)

Özbəkistan ərazisinə Əfqanıstan istiqamətindən raket atılıb.

APA-nın xəbərinə görə, bu barədə Özbəkistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, 5 iyul tarixdə saat 16.20-də Termez şəhərinə Əfqanıstan ərazisindən atıldığı ehtimal edilən 5 raket düşüb. Hadisə nəticəsində heç bir partlayış və insan tələfatı qeydə alınmayıb. 4 şəxsi evə yüngül zərər dəyib. İnsidentin səbəblərini araşdırmaq üçün Əfqanıstan tərəfi ilə müzakirələr aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR