Əfqanıstanda törədilən partlayışda ölənlərin sayı 31-ə çatıb - YENİLƏNİB

Əfqanıstanda törədilən partlayışda ölənlərin sayı 31-ə çatıb - YENİLƏNİB
# 18 oktyabr 2019 15:52 (UTC +04:00)

Əfqanıstanda törədilmiş partlayışda ölənlərin sayı artıb.

APA-nın “Pajvak” agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində ölənlərin sayı 31-ə çatıb.

Terror aktı zamanı 50-dən çox insan yaralanıb.

***

saat 15:10

Bu gün Əfqanıstanın Nangarhar vilayətində məsciddə cümə namazı zamanı iki partlayış törədilib.

APA-nın xəbərə görə, bu barədə “Tolo news” telekanalı məlumat yayıb.

Partlayış nəticəsində 17 nəfər ölüb, xəsarət alanlar var.

Terror aktı ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR