Ekvadordakı etirazlar zamanı ölənlərin sayı 8 nəfərə çatıb

Ekvadordakı etirazlar zamanı ölənlərin sayı 8 nəfərə çatıb
# 15 oktyabr 2019 08:50 (UTC +04:00)

Ekvadorda etiraz aksiyaları zamanı 8 nəfər ölüb, 1340 nəfər yaralanıb.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, iğtişaşlarda polis tərəfindən 1192 nəfər saxlanılıb.

Qeyd edək ki, Ekvadorda etirazlar oktyabrın əvvəlindən başlayıb. Kütləvi aksiyalara səbəb ölkədə yanacağın qiymətinin qalxması və iqtisadi islahatlar üçün dövlət subsidiyalarının ləğvi olub.

Ölkədə fövqəladə vəziyyət elan edən Ekvador prezidenti tərəfindən qərargahını paytaxtdan Quayaquil şəhərinə köçürdüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR