Ərdoğan: "Türkiyə və Rusiya Suriyanın şimalında separatçı təzahürlərin yaranmasına icazə verməyəcək"

Ərdoğan: "Türkiyə və Rusiya Suriyanın şimalında separatçı təzahürlərin yaranmasına icazə verməyəcək"
  • Clock-gray 23:49
  • calendar-gray 22 Oktyabr 2019

 
“Türkiyə və Rusiya Suriyanın şimalında separatçı təzahürlərin yaranmasına icazə verməyəcək”. 

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi danışıqların yekununa dair birgə mətbuat konfransında bildirib.
 
"Bu gün hörmətli Vladimir Putinlə terrorçuluqla mübarizəni və Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasını müzakirə etdik və konkret saziş imzaladıq. Bu sazişin sayəsində Suriya ərazilərində hansısa separatçı təzahürlərin yaranmasına icazə verilməyəcək. Türkiyə və Rusiya - biz buna icazə verməyəcəyik",-deyə R.T.Ərdoğan vurğulayıb.
 
Qeyd edək ki, bu gün Soçi şəhərində Türkiyə və Rusiya prezidentləri -Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin arasında Suriya münaqişəsinin nizamlanması ilə bağlı  6 saatdan çox danışıqlar keçirilib. Danışıqların yekunu ilə bağlı Putin və Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Danışıqların yekunu ilə bağlı birgə Memorandum qəbul olunub.  Memoranduma əsasən, Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimal hissəsində birgə patrul xidməti aparacaqlar.
 

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date