Ərdoğanın köməkçisi Qazaxıstanla bağlı fikirlərinin səhv anlaşıldığını bildirib

İhsan Şener

© APA | İhsan Şener

# 19 yanvar 2022 12:45 (UTC +04:00)

Türkiyə Prezidentinin köməkçisi İhsan Şener KTMT-nın sülhməramlı qüvvələrinin Qazaxıstana yerləşdirilməsini pisləmədiyini deyib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxovla görüşən İhsan Şener sovet zülmü barədə dedikləri sözlərin düzgün anlaşılmadığını bildirib.

Səfir və Ərdoğanın köməkçisi Qazaxıstanda vəziyyətin stabilləşməsindən məmnunluqlarını da ifadə ediblər.

Qeyd edək ki, İhsan Şenerin “İyulun 15-ni unutmadıq və unutmağa qoymarıq” adlı konfransda KTMT-nin Qazaxıstana hərbi müdaxiləsini pislədiyinə dair məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR