Erməni ekspert: “Pelosinin səfərinin məqsədi Ermənistanda anti-Rusiya əhvalından yararlanmaqdır”

Karen Köçəryan

© APA | Karen Köçəryan

# 19 sentyabr 2022 14:21 (UTC +04:00)

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri bu ilin noyabrında keçiriləcək seçkilərdə Kaliforniya ermənilərinin dəstəyini qazanmaq və Ermənistanda yaranmış anti-Rusiya əhval-ruhiyyəsindən yararlanmaq məqsədi daşıyır.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu ermənistanlı siyasi ekspert Karen Köçəryan keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun sözlərinə görə, Vaşinqton hər zaman erməni cəmiyyətini rusiyapərəst hesab edib, lakin indi Ermənistanda yaranmış anti-Rusiya əhval-ruhiyyəsindən istifadə edərək təşəbbüsü öz əlinə almaq qərarına gəlib.

Köçəryan Nensi Pelosinin Ermənistanı tərk etməsindən sonra sərhəddə vəziyyətin yenidən pisləşə biləcəyini deyib. Bununla belə o, regionda yeni oyunçuların meydana çıxmayacağını qeyd edib. Ekspert Ermənistan hakimiyyətini vəziyyəti ayıq şəkildə dəyərləndirməyə və hərbi əməliyyatların bərpası təhlükəsini nəzərə almağa, mövcud münasibətləri pozmamağa çağırıb.

“Əgər strateji müttəfiq ümidləri doğrultmayıbsa və Türkiyənin Azərbaycana münasibətdə davrandığı kimi davranmayıbsa, bu o demək deyil ki, bütün əvvəlki münasibətlər məhv edilməlidir”, - ekspert vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR