Erməni ekspert: Soçi görüşünün nəticələri rəsmi İrəvanın uğursuzluğunu isbat edir

Erməni ekspert: Soçi görüşünün nəticələri rəsmi İrəvanın uğursuzluğunu isbat edir
# 01 noyabr 2022 14:39 (UTC +04:00)

Soçi sammitinin nəticələri, eyni zamanda, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanatı rəsmi İrəvanın uğursuzluğunu isbat edir.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu erməni siyasi ekspert Viqen Akopyan deyib.

Ekspertin sözlərinə görə, hərçənd İrəvan və Bakı arasında münasibətlərin tənzimlənməsi üçün təklif edilmiş Rusiya modeli qəbul olunmasa da, hər hansı şifahi razılıqların əldə olunması da istisna deyil.

Akopyan Praqa prosesinin davam etdiriləcəyini düşünür.

O hesab edir ki, Soçidə qəbul olunmuş üçtərəfli bəyanatda qondarma “Dağlıq Qarabağ”ın adının çəkilməməsi, öz müqəddəratının təyin etmə hüququnun qeyd edilməməsi və Azərbaycan Silahlı Qüvvələrinin guya Ermənistanın suveren ərazisində olmasına dair iddianın öz əksini tapmaması nəticə etibarı ilə Ermənistan tərəfi üçün ciddi uğursuzluqdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR