Erməni spiker 3 müxalif deputatın, o cümlədən Seyran Ohanyanın həbsini istisna etmir

Seyran Ohanyan

© APA | Seyran Ohanyan

# 15 noyabr 2022 19:01 (UTC +04:00)

Ermənistan parlamentinin spikeri Alen Simonyan müxalif “Ermənistan” fraksiyasından olan 3 deputatın həbsini istisna etməyib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, baş prokuror Anna Vardapetyanın deputatlar Seyran Ohanyan, Vaqe Akopyan və Armen Çarçyanın həbsi ilə bağlı parlamentə müraciəti barədə yayılan xəbərə münasibət bildirərkən bunu deyib.

“İstisna etmirəm ki, qanunla bağlı problemləri olan və deputat mandatının onları qoruyacağını düşünənlər indi əksini görəcəklər”, - Alen Simonyan qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR