Erməni spiker KTMT PA-nın iclası üçün Moskvaya gedəcək

Erməni spiker KTMT PA-nın iclası üçün Moskvaya gedəcək
# 02 dekabr 2022 11:09 (UTC +04:00)

Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının (KTMT PA) Moskvada keçiriləcək iclasında iştirak edəcək.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

İclasda iştirak edəcək Ermənistan nümayəndə heyətinin tərkibinə spikerin müavini Akop Arşakyan, parlamentin müdafiə və təhlükəsizlik üzrə komissiyanın sədri Andranik Koçaryan, “Şərəfim var” blokunun deputatı Tiqran Abramyan daxil edilib.

Ermənistan nümayəndə heyəti 4-6 dekabr tarixlərində Moskvada işgüzar səfərdə olacaq.

Xatırladaq ki, KTMT PA-nın sonuncu iclası bu ilin iyununda İrəvanda keçirilib. KTMT-yə üzv olan ölkələr Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR