Ermənistan Antikorrupsiya Məhkəməsi Ohanyanın işinə dekabrda baxacaq

Seyran Ohanyan

© APA | Seyran Ohanyan

# 18 noyabr 2022 14:25 (UTC +04:00)

Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi dekabrda Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputatı, keçmiş müdafiə naziri Seyran Ohanyanın işinə baxacaq.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Prokurorluq ümumi dəyəri 2,5 milyon ABŞ dolları dəyərində olan və qanunsuz əldə edildiyi iddia edilən əmlakın - İrəvanın mərkəzində iki daşınmaz əmlak, Vaaqni məhəlləsində malikanə, Göyçə gölü sahilində evin Ohanyan və ona yaxın şəxslərdən geri alınaraq dövlətə təhvil verilməsini tələb edir.

Bundan əlavə, prokurorluq hesab edir ki, daha 2,5 milyon dollar məbləğində vəsait də müsadirə olunmalıdır.

Qeyd edək ki, daha əvvəl Ermənistan Baş prokurorunun müavini Srbuhi Qalyan qanunsuz əldə edilmiş əmlakın müsadirəsi ilə bağlı bəzi müxalifət deputatlarına qarşı qanun çərçivəsində iş başlandığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR