Ermənistan-Fransa hərbi əməkdaşlığı müzakirə edilib

Ermənistan-Fransa hərbi əməkdaşlığı müzakirə edilib
# 24 may 2023 13:47 (UTC +04:00)

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın bu ölkədəki səfiri Anna Luyonu qəbul edib.

APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər müdafiə sahəsində Ermənistan və Fransa arasında əməkdaşlığa və regional təhlükəsizliyə dair bir sıra məsələləri müzakirə ediblər.

"Səfir Luyonun xahişi ilə müdafiə naziri diplomatı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı məlumatlandırıb", - məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR