Ermənistan İstintaq Komitəsi: Azərbaycanın təhvil verdiyi 17 hərbçi əsirlikdə işgəncələrə məruz qalmayıb

Ermənistan İstintaq Komitəsi: Azərbaycanın təhvil verdiyi 17 hərbçi əsirlikdə işgəncələrə məruz qalmayıb
# 05 oktyabr 2022 18:01 (UTC +04:00)

Hazırda müstəntiqlər Ermənistana qaytarılmış hərbçiləri dindirir, qalanları müalicə alır.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib.

O qeyd edib ki, hazırda 10 hərbçi şahid kimi dindirilir, qalan 7 hərbçi isə müalicədədir, reabilitasiyaları bitdikdən sonra dindiriləcək.

Tadevosyanın sözlərinə görə, qaytarılan hərbçilər arasında ağır yaralı yoxdur, bəzilərində yüngül qəlpə yaraları aşkar olunub, onlar əsirlikdə işgəncələrə məruz qalmayıb.

Xatırladaq ki, oktyabrın 4-də ABŞ-ın vasitəçiliyi ilə rəsmi Bakı İrəvana 17 erməni hərbçini qaytarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR