Ermənistan KTMT təlimləri üzrə danışıqlarda iştirak edib

Ermənistan KTMT təlimləri üzrə danışıqlarda iştirak edib
# 30 mart 2023 17:56 (UTC +04:00)

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin təlimlərinə hazırlıq üzrə danışıqlarda iştirak edib.

APA xəbər verir ki, bunu KTMT-nin Birgə Qərargahının mətbuat xidməti bildirib.

Məlumata əsasən, KTMT-nin Birgə Qərargahında bu il üçün planlaşdırılan KTMT-nin kollektiv qüvvələrinin birgə təlimlərinə hazırlıqlara dair ilk danışıqlar keçirilib.

28-30 mart tarixlərində baş tutan danışıqlar zamanı Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistanın aidiyyəti nazirlik və idarələrinin, həmçinin KTMT Katibliyinin və Birgə Qərargahının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, danışıqlardan sonra bu il KTMT-nin kollektiv qüvvələrinin birgə kompleks təlimlər həyata keçirəcəyi və bunun, ən yüksək formatda - "Döyüş Qardaşlığı” adlı birgə əməliyyat-strateji təlimi şəklində həyata keçiriləcəyi məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR