Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar edib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar edib
# 19 may 2022 11:39 (UTC +04:00)

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı intihar edib.

APA “shamshyan.com” saytına istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 04.00-da paytaxt İrəvanda binalardan birinin həyətində meyit aşkarlanıb.

Hadisə yerinə polis və istintaqçıları cəlb olunub.

Hüquq-mühafizə orqanları meyiti tapılan şəxsin 32 yaşlı Mamikon O. olduğunu müəyyənləşdirib.

İlkin məlumata görə, Mamikon O. özünü 6-cı mərtəbədən ataraq intihar edib.

Sayt yazır ki, o, Milli Təhlükəsizlik Xidmətinin kapitan rütbəli əməkdaşı olub.

Faktla bağlı araşdırmalar davam edir, müxtəlif ekspertizalar təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR