Ermənistan müdafə nazirinin keçmiş müavini ölüb

Ermənistan müdafə nazirinin keçmiş müavini ölüb
# 13 avqust 2022 03:27 (UTC +04:00)

Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin keçmiş müavini general Seyran Saroyan ölüb.

APA xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Seyran Saroyan 1990-cı illərdə Qarabağ müharibəsinin iştirakçısı olub. 1993-2007-ci illərdə Ermənistan Silahlı Qüvvələrində alay, briqada, 2-ci və 4-cü ordu korpusunun komandiri olub.

2000-ci ildə Saroyana general-mayor rütbəsi verilib.

2007-ci il mayın 12-də Milli Məclisə deputat seçilib.

2018-ci ildə Respublikaçılar Partiyasından ayrılaraq siyasətdən gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR