Ermənistan müdafiə naziri ABŞ-ın Avropa Komandanlığının generalı ilə görüşüb

Ermənistan müdafiə naziri ABŞ-ın Avropa Komandanlığının generalı ilə görüşüb
# 17 noyabr 2022 15:16 (UTC +04:00)

Ermənistan müdafiə naziri Suren Papikyan ABŞ-ın Avropa Komandanlığının generalı ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazir Suren Papikyan ABŞ-ın Avropa Komandanlığının planlar, siyasət, strategiya və imkanlar üzrə direktoru general-mayor Daniel Lasikanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə müdafiə sahəsində ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR