Ermənistan Müdafiə Nazirliyinin 4 əməkdaşı həbs edilib

Ermənistanda korrupsiya

© APA | Ermənistanda korrupsiya

# 16 noyabr 2022 12:38 (UTC +04:00)

Ermənistan Müdafiə Nazirliyi əməkdaşlarının rüşvət alması faktı üzrə istintaq araşdırmaları nəticəsində 4 nəfər həbs edilib.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin xəbərinə görə, ümumilikdə 3500 ABŞ dolları rüşvət qarşılığında MN əməkdaşları tərəfindən hərbçilərin müxtəlif vəzifələr təyinatı barədə təqdimatlar verilib.

Faktla bağlı istintaq araşdırması davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR