Ermənistan müxalifəti etiraz yürüşü keçirib - VİDEO - YENİLƏNİB

Ermənistan müxalifəti etiraz yürüşü keçirib - VİDEO   - YENİLƏNİB
# 26 aprel 2022 22:22 (UTC +04:00)

İrəvanda müxalifətin hökumətin siyasətinə qarşı etiraz aksiyası başa çatıb.

APA-nın xəbərinə görə, etirazçılar aksiyanı sabah davam etdirməyi qərara qalıblar.

“Biz dayanmayacağıq və sonadək mübarizə aparacağıq. Sabah yürüşün davamı olacaq” - deyə aksiyanın əsas təşkilatçılarından olan parlamentin vitse-spikeri İşxan Saqatelyan bildirib.

***

20.10

Ermənistan müxalifəti paytaxt İrəvanda etiraz yürüşü keçirir.

APA-nın xəbərinə görə, etiraz aksiyasını bir çox media qurumu canlı yayımlayır.

Etirazçı dəstələri şəhərin mərkəzindəki Azadlıq meydanına toplaşır.

“Biz bu gün gördük ki, hakimiyyət güc tətbiqinə hazırdır. Lakin xalq yorulub və bizi heç nə dayandıra bilməz. Biz artıq vətənimizin yarısını, uşaqlarınızı və təhlükəsizliyimizi itirmişik” – deyə müxalif deputat, keçmiş Milli təhlükəsizlik xidmətinin rəisi Artur Vanesyan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR