Ermənistan müxalifəti gecəni Fransa meydanında keçirir - YENİLƏNİB

Ermənistan müxalifəti gecəni Fransa meydanında keçirir  - YENİLƏNİB
# 02 may 2022 23:21 (UTC +04:00)

Ermənistan müxalifəti bu gecəni paytaxt İrəvandakı Fransa meydanında keçirməyə qərar verib.

APA-nın xəbərinə görə, bu barədə News.am saytı məlumay yayıb.

Etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

***

15.58

Ermənistan polisi İrəvanda etiraz aksiyası keçirən 244 nəfəri saxlayıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə hüquq-mühafizə orqanının mətbuat xidmətindən bildirilib.

Saxlanılanlar polisin qanuni tələblərinə tabe olmamaqda ittiham edilir.

Qeyd edək ki, bazar ertəsi səhər İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər.

Etiraz fəallığının artmasına Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı danışıqlar prosesi ilə bağlı bir neçə bəyanatı səbəb olub. Müxalifət aprelin 25-dən başlayaraq mərkəzləşdirilməmiş etiraz aksiyaları keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR