Ermənistan müxalifəti parlamentin növbədənkənar iclasını çağıra bilməyib

Ermənistan müxalifəti parlamentin növbədənkənar iclasını çağıra bilməyib
# 03 iyun 2022 16:55 (UTC +04:00)

“Ermənistan” və “Şərəf duyuram” fraksiyaları Ermənistan parlamentinin növbədənkənar iclasını çağıra bilməyib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, buna səbəb parlamentdə çoxluq təşkil edən “Mülki Müqavilə” fraksiyasının üzvlərinin iclasa qatılmamasıdır.

Kvorum üçün 54 deputata ehtiyac olsa da, iclas zalında yalnız 33 deputat olub.

Parlamentin spikeri Alen Simonyan reqlamentə uyğun olaraq, lazımi sayda deputatın toplanması üçün daha 4 saat vaxt verdikdən sonra iclası tərk edib.

Müxalifət fraksiyaları parlamentin növbədənkənar iclasını çağıraraq bəyanat qəbul etməyi planlaşdırırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR