Ermənistan müxalifəti sabah həlledici mitinqə hazırlaşır

İrəvan şəhəri

© APA | İrəvan şəhəri

# 30 aprel 2022 12:29 (UTC +04:00)

Ermənistanda mayın 1-də ümummilli mitinq təyin olunub.

APA “news.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Daşnaksutyun Partiyası Ali Şurasının üzvü İşxan Saqatelyan bildirib.

O, hər kəsi mayın 1-i yerli vaxtla saat 16.00-da paytaxt İrəvanın “Fransa” meydanına mitinqə çağırıb.

İşğan Saqatelyan sabah keçiriləcək mitinqlə mübarizənin həlledici mərhələsinə start veriləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR