Ermənistan müxalifəti yenidən İrəvanın mərkəzində yürüş keçirir

Ermənistan müxalifəti yenidən İrəvanın mərkəzində yürüş keçirir
# 04 iyun 2022 21:03 (UTC +04:00)

Ermənistanda “müqavimət” hərəkatının tərəfdarları İrəvanın mərkəzindən yürüşə başlayıblar.

APA "Sputnik"ə istinadən xəbər verir ki, müxalifətçilər Maştots prospekti boyunca hərəkət edir.

Onlar hökumət binalarına doğru yürüş edib daha sonra Fransa meydanına tərəf qayıtmağı planlaşdırır.

Xatırladaq ki, “müqavimət” hərəkatı bir aydan çoxdur ki, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR