Ermənistan ombudsmanı ikinci dəfə istefa ərizəsi təqdim edib

Kristin Qriqoryan

© APA | Kristin Qriqoryan

# 24 yanvar 2023 12:25 (UTC +04:00)

Ermənistanın ombudsmanı Kristine Qriqoryan bu gün ikinci dəfə parlamentə istefa ərizəsi təqdim edib.

APA xəbər verir ki, bu barədə Qriqoryan sosial şəbəkə hesablarında bildirib.

Qeyd olunub ki, istefaya getmə qərarı Ermənistan Ali Məhkəmə-Hüquq Şurasında işləməyə keçidlə bağlıdır.

Ermənistan qanunvericiliyinə əsasən, ombudsman birinci istefa ərizəsinin təqdim olunmasından bir həftədən gec olmayaraq ikinci ərizəni təqdim edərsə, bu zaman onun səlahiyyətlərinə xitam verilir.

Xatırladaq ki, Qriqoryan ilk istefa ərizəsini dünən Ermənistan parlamentinə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR