Ermənistan ordusunda hərbçilərin ölümü ilə bağlı bir qrup zabit istefaya göndərilib - YENİLƏNİB

Ermənistan ordusunda hərbçilərin ölümü ilə bağlı bir qrup zabit istefaya göndərilib - YENİLƏNİB
# 19 yanvar 2023 10:59 (UTC +04:00)

Ermənistanda hərbi hissədə hərbçilərin ölümü ilə nəticələnən yanğınla bağlı istefa dalğası davam edir.

APA Ermənistan İctimai Televiziyasına istinadən xəbər verir ki, 2-ci korpus komandirinin müavini, briqadanın Baş Qərargah rəisi, polkovnik-leytenant Rudik Akopyan, briqada komandirinin təminat məsələləri üzrə müavini, polkovnik-leytenant Qor Aheyan, briqadanın mühəndis xidmətinin rəisi, kapitan Tiqran Kazaryan və mühəndis-istehkam bölüyünün komandiri, kapitan Qor Sarkisyan vəzifələrindən azad ediliblər.

Xatırladaq ki, Ermənistanda hərbi hissədə baş vermiş yanğın nəticəsində 15 hərbçi ölüb, 3 nəfər isə yanıq xəsarətləri ilə Basarkeçər rayonunun tibb mərkəzinə yerləşdirilib.

***

10:12

Ermənistan Silahlı Qüvvələrinin Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi işdən çıxarılacaq.

APA xəbər verir ki, bu barədə ölkənin İctimai Televiziyası məlumatı yayıb.

Bildirilib ki, buna səbəb böyük ehtimalla korpusa daxil olan hərbi hissələrindən birində bu gün baş verən yanğın olub.

Xatırladaq ki, Ermənistanda hərbi hissədə baş vermiş yanğın nəticəsində 15 hərbçi ölüb, 3 nəfər isə yanıq xəsarətləri ilə Basarkeçər rayonunun tibb mərkəzinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR