Ermənistan Silahlı Qüvvələrinin atıcı bölük komandiri həbs olunub.
APA xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, bölük komandiri əsgəri intihara sürükləməkdə şübhəli bilinir.
Xatırladaq ki, 13 sentyabrda Müdafiə Nazirliyi bir hərbçinin güllə yarasından ölməsi barədə məlumat verib və əsgər Aleks Avanesyanın ölümünün baş vermə səbəblərin ilə bağlı araşdırma başlanıb.
İlkin istintaqın məlumatına görə, vəzifəsini yerinə yetirərkən yuxuya getmiş Avanesyan bölük komandiri tərəfindən həmkarlarının gözü qarşısında təhqir edilib və bunun ardınca əsgər elə həmin mövqedə intihar edib.