Ermənistan parlamentində deputat deputatı döyüb, saxlanılan var

Ermənistan parlamentində deputat deputatı döyüb, saxlanılan var
# 31 mart 2023 12:39 (UTC +04:00)

Ermənistanın “Hayastan” fraksiyasının deputatı Mher Saakyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

APA xəbər verir ki, bu barədə fraksiyadan “news.am”a bildirilib.

Qeyd olunub ki, parlamentin bugünkü iclasına az qalmış Saakyan və “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vladimir Vardanyan arasında dava olub, Vardanyana bədən xəsarətləri yetirilib.

Hadisə baş verən zaman parlamentin spikeri Alen Simonyanın da orada olması deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR