Ermənistan parlamentinin komissiya sədri: KTMT-dən çıxmaq barədə danışmaq tezdir

Ermənistan parlamentinin komissiya sədri: KTMT-dən çıxmaq barədə danışmaq tezdir
# 29 sentyabr 2022 17:35 (UTC +04:00)

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması barədə danışmaq tezdir.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim “Vətəndaş müqaviləsi” partiyasını təmsil edən deputat, müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Koçaryan bildirib.

O, KTMT Baş katibi Stanislav Zasın Ermənistana yenidən səfər etdiyini qeyd edib.

Koçaryan əlavə edib ki, KTMT və onun rəhbərliyinin fəaliyyəti barədə təşkilatın Baş katibi ilə şəxsən danışıqlar aparmaq üçün bu ilin oktyabrında fürsət yaranacaq. Onlar Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək KTMT Parlament Assambleyasının sessiyası çərçivəsində görüşə biləcəklər.

Bundan əlavə, oktyabrın 18-i təşkilatın koordinasiya iclasının keçirilməsi planlaşdırılır ki, orada Koçaryanın müavini Armen Xaçaturyan çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR