Ermənistan parlamentinin sədri Türkiyəyə gedir - YENİLƏNİB

Ermənistan parlamentinin sədri Türkiyəyə gedir - YENİLƏNİB
# 02 may 2023 17:17 (UTC +04:00)

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak etmək üçün Türkiyəyə yola düşəcək Ermənistan nümayəndə heyətinə parlamentin spikeri Alen Simonyan rəhbərlik edəcək.

APA xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidmətindən bildirilib.

Ermənistan nümayəndə heyəti Parlament Assambleyasının iclasında, Simonyan isə parlament sədrlərinin sammitində iştirak edəcək.

Məlumatda deyilir ki, nümayəndə heyəti sabah Ankaraya yola düşəcək.

Parlament Assambleyasının iclası 4-5 may tarixlərində baş tutacaq.

Simonyan Parlament Assambleyasının yaradılmasının 30 illiyinə həsr olunmuş parlament spikerlərinin sammitində iştirak edəcək.

Xatırladaq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Baş Assambleyasının iclası sonuncu dəfə ötən ilin dekabrında Belqradda keçirilib.

***

12:29

Ermənistan parlamentinin nümayəndə heyəti Türkiyəyə gedəcək.

APA xəbər verir ki, bu barədə “armenpress” məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak etmək üçün Türkiyəyə yola düşəcək.

Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları müxalifətdəki həmkarlarını səfərdə iştirak etməyə çağırıb.

Qeyd olunub ki, heyətin Ankara səfəri zamanı bir sıra məsələlərin müzakirəsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR