Ermənistan polisi Qarabağdan İrəvana gedən avtomobildən iki pulemyot aşkar edib

Ermənistan polisi Qarabağdan İrəvana gedən avtomobildən iki pulemyot aşkar edib
# 01 may 2022 13:37 (UTC +04:00)

Hüquq-mühafizə orqanları Qarabağdan İrəvana gedən avtomobildən iki pulemyot aşkar ediblər.

APA bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə mayın 1-də saat 06:40-da ölkənin Sünik rayonunun Sisian şəhəri yaxınlığındakı magistralda baş verib.

Avtomobildə olan 3 vətəndaşdan biri saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Polis bir daha vətəndaşlara qanunsuz silah və sursat saxlamağa görə cinayət məsuliyyətinin olduğunu xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR