Ermənistan polisi türk konsulu öldürən ASALA üzvünü saxlayıb

Ambik Sasunyan

© APA | Ambik Sasunyan

# 05 may 2022 11:13 (UTC +04:00)

İrəvanda Ermənistan polisi ASALA üzvü Ambik Sasunyanı saxlayıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan bildirib.

O, paytaxt İrəvanda keçirilən etiraz aksiyaları zamanı saxlanılıb.

Qeyd edək ki, Ambik Sasunyan 2021-ci ildə azadlığa buraxılıb və o, indi Ermənistandadır.

Xatırladaq ki, Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kamal Arıkanı öldürüb. Buna görə o, 1984-cü ildə ömürlük həbs cəzasına məhkum edilib. 2002-ci ildə federal məhkəmə ona həbsindən 25 il sonra, 2009-cu ildə azadlığa çıxmaq üçün ərizə vermək imkanı verib, lakin bu vəsatətlər rədd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR