Ermənistan polisinin keçmiş rəhbərinin qızı barədə istintaq araşdırması başlanıb

Vladimir Qasparyan

© APA | Vladimir Qasparyan

# 30 noyabr 2022 13:05 (UTC +04:00)

Ermənistan polisinin keçmiş rəhbəri Vladimir Qasparyanın qızı barədə “dövlət vəsaitlərinin mənimsənilməsi və israf edilməsi” maddəsi ilə istintaq araşdırması başlanılıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorluğunun mətbuat xidmətindən bildiriblər.

Həmçinin qeyd olunub ki, sözügedən şəxs atası V.Qasparyanın və Ermənistan Polis Qüvvələrinin keçmiş komandanı Levon Eranosyanın köməyi ilə müxtəlif illərdə polis orqanlarında bir neçə vəzifə təyinatı alıb. Məlum olub ki, o 3 il ərzində işə getməyərək öz vəzifə öhdəliklərini yerinə yetirməyib.

Qasparyanın qızına polkovnik-leytenant rütbəsinin verilməsi də vurğulanıb və irəli sürülən iddialara görə, 3 il ərzində əmək haqqı, mükafat və məzuniyyət pulu adı altında təxminən 22 min dollar vəsait mənimsəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR