Ermənistan Polisinin rəisi vəzifəsindən azad edilib - YENİLƏNİB

Ermənistan Polisinin rəisi vəzifəsindən azad edilib - YENİLƏNİB
  • Clock-gray 14:13
  • calendar-gray 18 Sentyabr 2019

Ermənistan Polisinin rəisi Valeri Osipyan vəzifəsindən azad edilib.

APA-nın “aysor.am”a istinadən verdiyi xəbərə görə, bununla bağlı Ermənistan prezidenti Armen Sarkisyan fərman imzalayıb.

V. Osipyan Ermənistanın Baş naziri Nikol Paşinyanın təklifi əsasında vəzifəsindən azad olunub.

*****

saat 10:17

Ermənistan Polisinin rəisi Valeri Osipyan istefa verib. 

APA-nın xəbərinə görə, bu barədə “Qraparak” nəşri məlumat yayıb. 

Onun Ermənistan Təhlükəsizlik Şurasının iclasından sonra istefa verdiyi bildirilir.  

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan vəzifəsindən azad edilib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date