Ermənistan Prezidenti Türkiyə ilə münasibətlərdə pozitiv tendensiyalar görür

Vaaqn Xaçaturyan

© APA | Vaaqn Xaçaturyan

# 22 noyabr 2022 15:48 (UTC +04:00)

İrəvan hər zaman Ankara ilə münasibətlərin normallaşmasına inkişafı üçün bir pəncərə gözündə baxıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bildirib.

O, iki ölkə arasında münasibətlərdə pozitiv tendensiyalar gördüyünü əlavə edib.

“Türkiyə və Ermənistan xüsusi nümayəndələri görüşlər keçirir. Hətta təbliğat-informasiya sahəsində də pozitiv tendensiyalar görürəm və inanıram ki, biz sivil, normal və proqnozlaşdırılan mehriban qonşuluq münasibətləri quracayıq”, Xaçaturyan deyib.

Xatırladaq ki, Türkiyə-Ermənistan sərhədi 1993-cü ildən bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR