Ermənistan prezidentinin səlahiyyətlərini parlamentin sədri icra edəcək

Alen Simonyan

© APA | Alen Simonyan

# 23 yanvar 2022 22:52 (UTC +04:00)

Ermənistan Milli Assambleyasının (parlamentinin) sədri Alen Simonyan konstitusiyanın müvafiq müddəasına uyğun olaraq, növbədənkənar seçkilərə qədər ölkə prezidenti vəzifəsini icra edəcək.

APA-nın məlumatına görə, Ermənistan konstitusiyasına görə, respublika prezidenti vəzifəsindən kənarlaşdırıldıqda, səlahiyyətlərini həyata keçirə bilmədikdə, istefaya getdikdə və ya yeni seçilmiş prezident vəzifəyə başlamazdan əvvəl vəfat etdikdə onun səlahiyyətlərini parlamentin sədri həyata keçirir.

Növbədənkənar prezident seçkiləri isə müvafiq olaraq 25 və 35 gündən gec olmayaraq keçirilir.

Prezident parlament tərəfindən yeddi il müddətinə seçilir. Eyni şəxs yalnız bir dəfə prezident seçilə bilər.

Deputatların ümumi sayının azı 1/4-nin namizəd irəli sürmək hüququ var.

Konstitusiyaya görə, prezident istefa ərizəsini parlamentə təqdim edir. İstefa elan olunduğu andan qəbul edilmiş hesab olunur.

Xatırladaq ki, Armen Sarkisyan 2018-ci il martın 2-də parlament tərəfindən Ermənistan prezidenti seçilib, 2018-ci il aprelin 9-da vəzifəsinin icrasına başlayıb.

O, bu il yanvarın 23-də istefa verdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR