Ermənistan, Tacikistan və Qırğızıstan sülhməramlı kontingenti Almatını tərk edib

Ermənistan, Tacikistan və Qırğızıstan sülhməramlı kontingenti Almatını tərk edib
# 14 yanvar 2022 08:22 (UTC +04:00)

Ermənistan, Tacikistan və Qırğızıstandan olan KTMT sülhməramlılarının bölmələri Almatıdan çıxaraq daimi dislokasiya yerinə yola düşüb.

APA-nın TASS-a istinadən məlumatına görə, Ermənistandan olan bölmələr Rusiyaya məxsus üç “İl-76” hərbi təyyarəsi ilə Almaatı aerodromundan havaya qalxıb.

Tacik hərbçilər bayram günlərində Qazaxıstanın hərbi təhsil müəssisələrində təhsil alan kursantlarını da götürərək Rusiyaya məxsus bir “İl-76” hərbi təyyarəsi ilə yola düşüblər.

Qırğızıstan sülhməramlıları isə zirehli hərbi texnikalarla təxminən 250 km-lik məsafədə dövlət sərhədinə doğru istiqamətləniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR