Ermənistan XİN başçısı İspaniyaya səfər edəcək

Ararat Mirzoyan

© APA | Ararat Mirzoyan

# 05 iyul 2022 11:38 (UTC +04:00)

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İspaniyaya işgüzar səfər edəcək.

APA xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi "Twitter"də bildirib.

Onun sözlərinə görə, 5-7 iyul tarixlərində davam edəcək səfər çərçivəsində Ermənistan XİN başçısı İspaniya Konqresinin prezidenti, xarici işlər naziri və Dünya Turizm Təşkilatın prezidenti ilə görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR